Son bir ayda Ucarda 4 min ədəd ağac əkilmişdir
Ucar, 7 aprel (AZƏRTAC). İrihəcmli layihələrin reallaşdırıldığı, geniş tikinti-quraşdırma və abadlıq işlərinin həyata keçirildiyi Ucar şəhərində martın əvvəllərindən etibarən ağacəkmə kampaniyası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, şəhərin küçə və parklarında ağac və gül kolları əkilir, onların mühafizəsi və becərilməsi üçün tədbirlər görülür. Kampaniyanın həyata keçirildiyi ötən bir ay ərzində 4 min ədəd ağac əkilmişdir.
Küçə və parklara əsasən yerli şərait üçün daha əlverişli olan sərv və Eldar şamı əkilir. Şəhərin H.Əliyev, N.Nərimanov və Oğuz küçələri artıq başdan-başa yaşıllaşdırılmışdır.
Ağacəkmə kampaniyasında hər dəfə 300-400 nəfər ucarlı iştirak edir. İnsanların fəallıq göstərdikləri bu mühüm tədbir mayadək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]