Son bir ildə 1,8 milyona yaxın əfqan qaçqın vətənə qayıdıb
Bakı, 12 avqust, AZƏRTAC
Son bir ildə Pakistan, İran və digər ölkələrdən ümumilikdə 1 milyon 779 min 603 əfqan qaçqın vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, xarici ölkələrdə 7 milyon qaçqın və Əfqanıstanda 3 milyon məcburi köçkün var.
Əfqan mühacirlərin və geri qayıdanların üzləşdiyi problemləri həll etmək üçün nazirlik bu müddət ərzində tərəfdaş təşkilatlar, 7 agentlik və 14 təhsil müəssisəsi ilə 93 anlaşma memorandumu imzalayıb. Ölkə daxilində məcburi köçkün düşmüş 788 mindən çox əfqan ailəsi və xaricdən vətənə qayıdan ailələr beynəlxalq humanitar təşkilatların köməyi ilə maliyyə vəsaiti, ərzaq və qeyri-ərzaq malları alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]