Son bir ildə torpaqşünas alimlərin nəşrlərinə 212 istinad olunub

Bakı, 15 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-ci il üzrə illik hesabat iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclasda çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisədə tədqiqatların Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə dövlət proqramlarındakı tapşırıqlar əsasında aparıldığını deyib. O, institutda 2 problem, 17 mövzunu əhatə edən 83 işin və 110 mərhələsi üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edib, 2 mühüm nəticənin əldə olunduğunu bildirib.
Qeyd olunub ki, cari ildə 76-sı xaricdə olmaqla 115 məqalə, 24-ü xaricdə olmaqla 54 tezis, 1 biblioqrafiya, 1 kitab-dərslik, 7 monoqrafiya, 1 proqram, 1 metodik tövsiyə nəşr edilib. Məqalələrin 25-i yüksək impakt faktorlu “Web of Science”, “Scopus”, “AGRIS” bazalarında indeksləşən beynəlxalq jurnallarda dərc edilib. İnstitut alimlərinin nəşrlərinə 212 istinad olunub.
Həmçinin alim qeyd edib ki, hesabat ilində institutda Türkiyə, Qazaxıstan, Ukrayna, Belarus, Sinqapurla əməkdaşlıq əlaqələri uğurla davam etdirilib.
Ə.Quliyev Kür-Araz ovalığında Baş Mil-Qarabağ, Baş Mil-Muğan, Baş Şirvan kollektorların müasir vəziyyəti haqqında məlumat verib. O bildirib ki, kollektorlardan axıdılan suyun minerallığı çox aşağıdır. Hətta minerallıq səviyyəsi 3.0 q/l-dən az olan sulardan suvarmada istifadə edilir.
Alim Azərbaycanda etibarlı su sistemləri kəhrizlər barədə görülən işlərdən də danışıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kəhrizlər alimlərin və mütəxəssislərin köməyi ilə bərpa olunaraq həm içməli suya olan tələbatı, həm də kənd təsərrüfatının suvarma əkinçiliyinin inkişafına təkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [18:05]
BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
- 17.04.2025 [17:23]