COP29
Sonia Basinia Kwami: İqlim dəyişikliyinin təsiri ağırdır
Bakı, 23 noyabr, AZƏRTAC
İqlim ədalətsizliyi ilə qarşılaşdığımız problemlərin həllinə kömək etmək və bizə faktiki olaraq iqlim ədalətinə nail olmaq imkanı vermək üçün 1,3 trilyon dollardan az olmayan iqlim maliyyəsi müqaviləsi axtarırıq. Hazırda buna nail ola bilməmişik. Düşünürəm ki, COP29 inkişaf etmiş ölkələrə hərəkətə keçmək üçün təkan verəcək.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı iqlim ədalətini müdafiə edən QHT nümayəndəsi, “350.org”dan müşahidəçi Sonia Basinia Kwami deyib.
O bildirib ki, iqlim dəyişikliyinin təsiri ağırdır.
“İnkişaf etməkdə olan ölkələr də möhkəm olacaq, ayağa qalxacaq və mübarizə aparacaqlar. Afrika üçün əsas sahələrdən biri təsirin azaldılması və uyğunlaşmadır. Bərpaolunan enerji mənbələrinə investisiya qoymaq çox vacibdir. Bərpaolunan enerji bizə çoxlu iş yerləri, həmçinin icmaların inkişafı üçün imkanlar aça bilər. Azərbaycan xalqı bizi çox mehriban və səmimi qarşıladı. Könüllülərin COP29-da olması mükəmməl idi”, - deyə o qeyd edib.