Soros ailəsi Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyir
Bakı, 22 iyul, AZƏRTAC
Demokratlar çevrəsinin ən nüfuzlu ailələrindən biri, maliyyəçi Corc Soros və onun oğlu – “Açıq cəmiyyət” fondunun sədri Aleks ABŞ-ın hazırkı Prezidenti Cozef Baydenin seçki yarışından çıxmasından sonra vitse-prezident Kamala Harrisin dövlət başçısı postuna namizədliyini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, Aleks Soros bu barədə özünün sosial media hesabında yazıb.
“Biz Kamala Harrisin arxasında birləşməli və Donald Trampı məğlub etməliyik. O, mümkün olan ən yaxşı və ən bacarıqlı namizəddir”, - deyə Aleks Soros bildirib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, demokratların ən böyük donorlarından biri olan 93 yaşlı amerikalı milyarder Corc Soros da Kamala Harrisin seçki yarışında iştirakını dəstəkləyib.
Qeyd edək ki, Soros ailəsi ABŞ-ın hazırkı dövlət başçısına dəstək üçün böyük maliyyə ianələri ilə tanınır. Ailə namizədlər arasında baş tutan debatdan sonra Cozef Baydeni dəstəkləyən təşkilata 5 milyon dollardan çox ianə ödəyib. Soroslar, həmçinin yanvar ayında həmin təşkilata 60 milyon dollar köçürmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]