Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır

Sosial müdafiə sahəsində atılan mühüm addımlar, köklü sosial islahatlar cəmiyyətdə rəğbətlə qarşılanır

Bakı, 22 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin güclü sosial siyasətinin nailiyyətləri olaraq vətəndaş rifahının təminatı, həssas qruplara qayğının artırılması istiqamətində atılan mühüm addımlar, aparılan uğurlu sosial islahatlar cəmiyyətdə rəğbət hissi ilə qarşılanır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində də bu amil ötən il Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin timsalında bir daha əyani şəkildə ifadə olunur.

Məqalədə ötən il özünüməşğulluq proqramına 10 min 352 nəfərin cəlb olunduğu qeyd edilərək, bildirilir ki, Bakının Nizami rayonundan 117 nəfərin, Biləsuvar rayonundan 73 nəfərin, Goranboydan 92 nəfərin, həmçinin Qazax, Sabirabad, Tərtər və digər bölgələrdən vətəndaşların Prezident Administrasiyasına ünvanladıqları məktublarda aztəminatlı ailələrin rifahının yaxşılaşmasına müsbət təsir göstərən özünüməşğulluq proqramının həyata keçirilməsinə və onlara bu proqram çərçivəsində lazımi şəraitin yaradılmasına görə təşəkkür ifadə edilir.

DOST Agentliyinin yaradılmasının sosial məsələlərin həllində mühüm töhfələrdən olduğu qeyd edilən məqalədə, eyni zamanda, Lerik rayon sakini G.Quliyevanın məktubu diqqətə çatdırılır: “Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün müraciət etmişdim. Müraciətimə baxıldı və məni “DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşdı”.

Pirallahı, Lənkəran, Hacıqabul, Göygöl, Sabirabad, Samux rayonlarından ayrı-ayrı vətəndaşların işlə, ünvanlı sosial yardımla, tənha ahılların sosial xidmətlə, xüsusi qayğıya ehtiyacı olan uşaqların günərzi qayğı xidmətləri ilə təmin olunmalarına görə razılıq bildirdikləri də məqalədə əksini tapır. Qeyd olunur ki, Gədəbəydən I qrup əlilliyi olan vətəndaş isə dövlətimizin başçısının 2019-cu il 3 may tarixli Sərəncamı əsasında təhsil haqqı ödənişindən azad olunduğuna görə minnətdarlıq ifadə edir.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə sosial müavinətlərin və təqaüdlərin artırılmasını, yeni təqaüd növlərinin təsis edilməsini vətəndaşlar çox böyük razılıqla qarşılayıblar. “Bu məsələlərlə əlaqədar minnətdarlıq məktublarının coğrafiyası çox genişdir. Bakı, Culfa, Sədərək, Şahbuz, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Ağdaş, Ağsu, Cəbrayıl, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xocavənd, İmişli, İsmayıllı, Qazax, Quba, Qusar, Lerik, Saatlı, Şamaxı, Ucar, Yardımlı, Zərdab, habelə digər şəhər və rayonlardan yüzlərlə belə məktub daxil olub”.

Şəhid ailələrinə və müharibə əlillərinə daim artan dövlət qayğısı da həmin ailələrin məmnunluğuna səbəb olub. Məqalədə bildirilir ki, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri - Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Q.Hacıyeva (Binəqədi), Z.Umarov (Nəsimi), T.Abbasov (Pirallahı), A.Xəlilova, Q.Xuduyeva (Mingəçevir) və başqaları bu kateqoriyadan olan vətəndaşlara verilən Prezident təqaüdünün artırılmasına, B.Hüseynova (Xəzər), R.Ərəbxanova (Yasamal), Y.Nadirli, İ.Quliyev (Abşeron), T.Qasımov, D.Əliyeva, N.Əsgərov (Ağcabədi), R.Əzizova (Xətai) mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunduqlarına görə təşəkkür edirlər.

Vaqif və Şəfiqə Süleymanovlar (Qaradağ), G.Ömərova (Nizami), E.Aslanova (Şəki), Ə.Səfərova (Ağdam ), H.Verdiyeva (Göygöl), H.Vəliyev (Masallı), H.Əliyev (Sabirabad), eləcə də digər vətəndaşlar şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə, Ə.Zeynalov (Qaradağ), B.Ağayev (Səbail), N.Məmmədov (Naftalan), A.Eyvazov (Sumqayıt), S.Əskərova (Yevlax), F.İsayev (Abşeron), Q.Kazımov (Bərdə), S.Abdullayeva (Daşkəsən ), A.Abbasov (Füzuli), G.Cəfərova (Neftçala) və başqaları şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlıq məktubu ünvanlayıblar.

Məqalədə Xaçmaz rayon sakini S.Məmmədovanın məktubunda yer alan sözlər də təqdim edilir: “Pay torpağımda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi. Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazanmışıq”.

Vətəndaşların əmək hüquqlarının qorunması sahəsində aparılan işlər də əhali tərəfindən rəğbətlə qarşılanır. Məqalədə deyilir ki, sosial məsələlər barədə edilmiş və müsbət həllini tapmış müraciətlərin bir qismində işlə təminolunma və ya əvvəlki işə bərpaedilmə, özəl şirkət tərəfindən vətəndaşa əməkhaqqı ödənilməsi məsələləri ilə əlaqədar təşəkkür ifadə olunur. Nərimanov rayonundan S.Əliyeva, Sabunçudan R.Zeynalov, Mingəçevirdən M.Camıyev, F.Şirinov, S.Sadıqova və başqaları, Sumqayıtdan Qarabağ müharibəsi əlili V.Hüseynov, Ağcabədidən S.Süleymanov, Beyləqandan A.Cəfərova, Cəlilabaddan X.Mirzəyev, Xocalı və Kəlbəcərdən məcburi köçkünlər Y.Hüseynov və Q.Kazımov, Lerikdən Ş.Ağayeva, Oğuzdan E.Abduləzizov, Zərdabdan İ.İsgəndərov, həmçinin digər şəhər və rayonlardan başqalarının məktubları bu qəbildəndir. Xəzər rayonundan A.Abdullayeva isə övladına əlilliyə görə sosial müavinətin təyin edilməsinə görə minnətdarlıq edir.

Eyni zamanda, məqalədə 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən bölgələrdə qəbul edilən vətəndaşların sayına dair siyahı təqdim edilir. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 871 vətəndaş qəbulu ilə ikinci yerdədir. Həmçinin dövlət hakimiyyəti orqanlarının 2020-ci ilə aid qəbul cədvəlləri öyrənilərkən bu işlərin daha yaxşı təşkil edildiyi qurumlardan biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir