Spektral tipini dəyişən fəal nüvəli qalaktikalar - astroseminar
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminarda Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri dosent Nazim Hüseynov “Fəal nüvəli qalaktikaların spektral tipinin dəyişməsi” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə fəal nüvəli qalaktikaların spektral tipinin dəyişməsi fenomeni araşdırılır. Spektral tipini dəyişən fəal nüvəli qalaktikalar (Changing-Look Active Galactic Nuclei — CLAGN) müasir astrofizikanın ən çox tədqiq olunan və standart modelləri çətinliyə salan obyektlərdəndir. Bu qalaktikalar cəmi bir neçə ay və ya il ərzində bir spektral tipdən digərinə (məsələn, geniş xətli Sy1 tipindən dar xətli Sy 2 tipinə və ya əksinə) keçid edirlər.
Məruzəçi seminarda spektral tipini dəyişmiş fəal nüvəli qalaktikalardan bir neçə nümunə gətirib. Bu fenomenin fərqli və oxşar cəhətlərini qeyd edib. Spektral tipin dəyişməsi ilə bağlı əsas həll edilməmiş problemləri təhlil edərək, bu fenomeni izah etmək üçün son dövrlərdə irəli sürülmüş nəzəri modellərin üstün və çatışmayan cəhətlərini diqqətə çatdırıb.
Sonda mövzu ətrafında müzakirə aparılıb və məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [13:16]
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub
- 16.09.2026 [12:41]
ATMU-nun beynəlxalq ikili diplom proqramına yeni bakalavr qrupu seçilib
- 16.09.2026 [12:23]
Riyaziyyat İnstitutunun alimlərindən mühüm elmi uğur
- 16.09.2026 [11:39]
Taksi sürücüləri sabah imtahan verəcəklər
- 16.09.2026 [10:48]