Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şpigel” jurnalının spekulyasiyaları can üstə olan “Nabukko”ya kömək etməyəcəkdir

Bakı, 13 fevral (AZƏRTAC). Qısa müddətdə eyni nəşrin səhifələrində kəskin tənqidi ruhlu eyni tipli bir neçə məqalənin dərc edilməsi həmin məqalələrin müəlliflərinin və onların sifarişçilərinin qərəzli mövqeyi barədə şübhə doğurmaya bilməz.

Bu məqalələr, bir qayda olaraq, Qərb mediasının çox xoşladığı “insan hüquqları” mövzusuna həsr edilir. Buna baxmayaraq, həmin məqalələrdə vurğulanan məqamlar, onların dərc edilməsi vaxtı və stilistikası daha praqmatik məqsədlər güdülməsinə dəlalət edir.

Deyə bilərik ki, Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin finalı yaxınlaşdıqca bəzi xarici nəşrlər bu mövzudan daha tez-tez sui-istifadə edirlər. Qeyd etmək lazımdır ki, siyasətdən uzaq bir müsabiqə olan “Eurovision” qəsdən misli görünməmiş dərəcədə siyasiləşdirilir, bu isə haqlı olaraq belə məqalə müəlliflərinin qərəzli spekulyasiyaları barədə şübhələnməyə əsas verir.

Almaniyada nəşr edilən “Şpigel” jurnalı belə davranışa nümunə sayıla bilər. “Eurovision” mövzusunda aşkar spekulyasiya xarakterli, kəskin antiazərbaycan ruhlu materiallar dərc edən bu nəşr, sözün hərfi mənasında, xarab qrammofon valı kimi israrla Bakını şantaj edir. Hərçənd, bu mənada həmin nəşr tək deyildir. Almaniyanın ARD ictimai telekanalı da “Şpigel”in səsinə səs verməyə başlamışdır.

Şərqi Avropanın və Cənubi Qafqazın enerji xəritəsində baş vermiş bəzi mühüm dəyişikliklərlə “Şpigel”in fəallaşmasının heyrətamiz dərəcədə eyni vaxta düşməsi də çox maraqlıdır.

Diqqətli müşahidəçi fikir verə bilərdi ki, “Nabukko” layihəsinin reallaşması şansları bədbinləşdikcə bəzi Avropa mediaları (özü də təkcə onlar yox) Azərbaycana daha sərt “təzyiq göstərməyə” çalışırdılar. Belə təsəvvür yaranırdı ki, bəzi qüvvələr Avropa ilə Azərbaycanın arasına ciddi nifaq salmaq istəyir, Köhnə Dünyanın siyasi liderləri isə gözləyirlər ki, onların problemlərini Azərbaycan, özü də öz hesabına həll etsin.

Bu məsələyə belə münasibət nə dərəcədə əsaslıdır. Bu barədə irəlidə daha ətraflı söhbət açacağıq.

“Mürgü səltənəti” “Nabukko”

İlk növbədə onu qeyd edək ki, “Nabukko” layihəsi lap əvvəldən Avropa üçün Mərkəzi Asiyanın zəngin qaz ehtiyatlarına yol açmalı olan qaz kəməri layihəsi hesab edilirdi (İran qazından istifadə edilməsi məsələsi, bu ölkənin nüvə proqramı barədə fikir ayrılıqları üzündən, tezliklə gündəlikdən çıxarılmışdır). Əlavə mənbələr kimi İraqdakı qaz yataqlarının adı çəkilirdi, lakin “Şahdəniz” yatağının İkinci fazasından hasil edilən qaz daha real mənbə sayılırdı.

“Nabukko” kəmərinin layihə gücü ildə təqribən 30 milyard kubmetr “mavi yanacaq” həcmində planlaşdırılırdı. Ona görə də təkcə “Şahdəniz” yatağı hesabına buna nail olmaq, sadəcə qeyri-real olardı. Azərbaycan dəfələrlə vurğulamışdır ki, bu yatağın ixrac potensialı başlanğıc mərhələdə ildə təqribən 16 milyard kubmetr həddindədir. Bu zaman Azərbaycan tərəfi həmin qazın Köhnə Dünyaya ixrac ediləcəyi marşrutlar barədə avropalı tərəfdaşların bütün təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bəyan etmişdir. Dəfələrlə vurğulandığı kimi, bu məsələ öyrənilərkən əsas diqqət yalnız kommersiya məsələsinə yönəldiləcəkdir - Azərbaycan tərəfi milli maraqlarının ziyanına olaraq heç bir güzəştə getməyə hazırlaşmır.

“Nabukko” boru kəmərinin tikintisi üzrə 2002-ci ildə yaradılmış konsorsium layihə gücü ildə 30 milyard kubmetr qaza bərabər olan bu kəmərin hansı mənbələr hesabına doldurulacağı və ilkin dəyəri təqribən 8 milyard avroya bərabər olan, lakin əgər bp şirkətinin “Guardian” qəzetində dərc edilmiş hesablamalarına inansaq, real dəyəri 14 milyard avroya çata biləcək bu kəmərin tikintisi layihəsini kimin maliyyələşdirəcəyi barədə suala anlaşıqlı cavab verən planı hələ də təqdim etməmişdir.

Qazın mənbələri və layihənin maliyyələşdirilməsi məsələləri ilə əlaqədar qeyd etmək lazımdır ki, vahid Avropanın müvafiq siyasi iradəsi olmadan bu məsələlərin həll edilməsi sadəcə qeyri-mümkündür.

Mərkəzi Asiyada çıxarılan qazın Xəzər dənizindən və Azərbaycan ərazisindən keçməklə nəql edilməsi layihəsinin həyata keçirilməsi üçün təkcə təchizatçıların istəyi deyil, həm də təhlükəsizliyin dəqiq siyasi təminatı zəruri idi. Çünki qonşu dövlətlərlə Xəzər dənizi ilə əlaqədar müəyyən ziddiyyətlər olması göz qabağındadır. Lakin Avropa hələ də Avropa İttifaqının məmurları səviyyəsində bir neçə ümumi frazadan artıq irəliləyişə nail olmamış, ötən əsrin 90-cı illərinin ortalarında buna oxşar vəziyyətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşdırılmasının gedişində ABŞ-ın mövqeyinə oxşar dəqiq mövqe nümayiş etdirə bilməmişdir.

Konsorsium nə “Şahdəniz” yatağının verməyə hazır olduğu 10 milyard kubmetrdən əlavə qaz mənbələri tapa bilmişdir, nə də “Nabukko” kəmərinin tikintisi üçün maliyyə vəsaiti. Xərclər büdcəsinin artması ehtimalı öz yerində, konsorsium hətta 8 milyard avronun məsələsini də heç cür həll edə bilməmişdir. Gözlənildiyinə görə, zəruri məbləğin təqribən yarısını maliyyələşdirməli olan Avropa bankları təminatlı resurs bazasının olmadığı şəraitdə bunu etməyə tələsmirdilər. Vəsaitlərin ikinci yarısı ilə əlaqədar müəyyən problemlər də yaranmışdır.

Nəticədə konsorsiumun ən iri iştirakçılarından biri olan Almaniyanın RWE şirkəti bəyan etmişdir ki, layihənin baha başa gəlməsi səbəbindən, çox güman ki, şirkət həmin konsorsiumdan çıxacaqdır. Şirkətin baş direktoru Yurgen Qrossman bu fikri “The Wall Street Journal Deutschland”ə verdiyi müsahibədə söyləmişdir.

RWE şirkətinin əsas prioriteti indi mümkün qədər az pul xərcləməklə qazdan istifadə imkanı əldə etməkdir. Almaniyanın hakim dairələrinin nüvə energetikasından imtina etmək xətti RWE şirkətinin maliyyə vəziyyətini zəiflətmiş, onu ciddi qənaət yolu seçməyə və hətta öz aktivlərinin bir hissəsini satmağa məcbur etmişdir, çünki qaz ilə yanaşı atom energetikası da bu şirkət üçün mühüm gəlir mənbəyidir.

WSJ yazırdı ki, Qrossmanın bəyanatı “Nabukko”nun təsisçilərindən biri tərəfindən ilk real siqnal olmuşdur ki, o, Avropanın Rusiya qazından asılılığını Xəzər yanacağı hesabına azaltmalı olan layihədən imtina edə bilər. Qrossman RWE şirkətinin başqa kanallar vasitəsilə də yanacaq almağa şad olacağını qeyd edərək demişdir: “Xəzər qazı Avropaya bizə lazım olan miqdarda və bizə lazım olan yerə gəlməlidir”. “Bu qaz kəmərinin “Nabukko”, yoxsa “Turandot” adlanacağı bizim üçün o qədər də vacib deyil”, -deyən top-menecer sözünü belə tamamlamışdır: “Əksinə, bizdən ciddi maliyyə vəsaiti tələb etməyən bütün variantlara şad olacağıq”.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar da bir qədər əvvəl təxminən oxşar bəyanatla çıxış etmişdir. O vurğulamışdır ki, Birləşmiş Ştatlar Xəzər hövzəsindən çıxarılan qazın Avropaya nəqlini təmin edə biləcək “Cənub qaz dəhlizi” layihələrindən hər hansı birini dəstəkləyəcəkdir.

Beləliklə, Avropa “Nabukko” kəmərinin tikintisi üçün çox zəruri olan ciddi siyasi əzmkarlıq göstərməmiş, bu layihəyə zəruri təkan verə bilməmişdir. Lakin bütün bunlarla yanaşı, avropalı rəsmilər davamlı şəkildə israr edirdilər ki, Azərbaycan bu layihənin reallaşmasını dəstəklədiyini nümayiş etdirsin. Lakin nəyin bahasına?

“Şahdəniz” yatağının İkinci fazasında qaz hasilatının 2016-2017-ci illərdə başlanması nəzərdə tutulur. Bununla əlaqədar, “Nabukko” kəmərinin tikintisinin (bu işləri hələ 2011-ci ildə başlamaq planlaşdırılırdı, lakin onun perspektivləri bu günə qədər çox dumanlıdır) daim ləngidilməsi elə bir vəziyyət yarada bilərdi ki, ixrac edilməyə hazır olan Azərbaycan qazı sadəcə olaraq satış bazarından və onun müştərilərə çatdırılması üçün müvafiq infrastrukturdan məhrum olardı.

Azərbaycan mümkün bazarların hamısını təhlil edərək lap əvvəldən alternativ layihələri nəzərdən keçirməyə hazır olduğunu bəyan edirdi. Bu layihələr arasında TAP (Transadriatik Qaz Kəməri), İTGİ (Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru), AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector), sonra isə bp tərəfindən təklif edilmiş Cənub-Şərqi Avropa Qaz Kəməri (SEEP) də vardı.

“...Məhəmməd dağın yanına gəlir”

Azərbaycan Dövlət Neft Şirkəti dəfələrlə vurğulamışdır ki, Avropa qaz bazarı ölkəmiz üçün prioritetdir - burada artan tələbat və dəqiq oyun qaydaları vardır. Bu şəraitdə 2011-ci il dekabrın 26-da Azərbaycan və Türkiyə Azərbaycan qazının Avropa İttifaqı sərhədlərinə nəql olunmasını təmin etmək üçün dəyəri 7 milyard avro və nəqletmə gücü ildə 16 milyard kubmetr olan, Türkiyə ərazisindən keçən Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə konsorsium yaradılması barədə qərar qəbul edirlər. “Şahdəniz” layihəsinin İkinci fazası çərçivəsində inşa ediləcək TANAP kəmərinin 80 faizi Azərbaycan Dövlət Neft Şirkətinə, qalan 20 faizi isə Türkiyənin BOTAS şirkətinə məxsus olacaqdır. Gələcəkdə boru kəmərinin gücü ildə 24 milyard kubmetrə qədər artırıla bilər.

Təəccüblü deyildir ki, TANAP boru kəmərinin tikintisi haqqında xəbər Avropada “Nabukko” layihəsinin perspektivlərinə qələm çəkilməsi kimi qəbul edildi (anonslardan belə məlum olur iki, həmin kəmər üçün sadəcə olaraq qaz qalmayacaqdır). Heç şübhəsiz, vəziyyətin bu cür dəyişməsi Avropada, o cümlədən “Nabukko” layihəsinin siyasi isteblişmentin bəzi nümayəndələri tərəfindən yetərincə fəal lobbiləşdirildiyi Almaniyada əsəbiliyə səbəb olmaya bilməzdi - Azərbaycan hər işdə yalnız özünün strateji maraqları mövqeyindən çıxış edirdi.

Mötəbər mənbələrin verdiyi məlumatlardan bəlli olur ki, vəziyyətin bu cür dəyişməsindən “qüssələnmiş” qərbli məmurlar son vaxtlar Azərbaycanın rəsmi nümayəndələri ilə görüşlərdə getdikcə təkidlə çalışırdılar ki, ölgün vəziyyətdə olan “Nabukko” layihəsinin həyata keçirilməsi məsələsində Azərbaycan onları dəstəkləsin. Halbuki Azərbaycan əvvəllər bu layihə barəsində heç vaxt kəskin tənqidi mövqedən çıxış etməmiş, yalnız avropalı tərəfdaşlara vaxtaşırı müraciət edərək onları fəallıq göstərməyə çağırmışdır.

Lakin Bakı emosiyaya qapılmır, yalnız milli mənafeləri və iqtisadi baxımdan məqsədəuyğunluq meyarlarını əsas götürür.

Transanadolu boru kəməri layihəsinə dair qərar qəbul ediləndən dərhal sonra Almaniya KİV-lərinin səhifələrində ölkəmizə qarşı mənfi çıxışlar məhz bununla izah edilir.

Buna baxmayaraq, belə qıcıqlandırıcı mövqeni hamıya aid etmək olmaz. Türkiyə ilə Aİ-nin sərhədlərində Avropa qaz bazarı ilə əlaqə yaradılmasını nəzərdə tutan TAP və İTGİ layihələri Transanadolu qaz kəməri tikintisinə dair sazişialqışlamışlar. Bu layihələrin nəqletmə gücünün TAP üçün 10-20 milyard kubmetr və İTGİ üçün 10 milyrad kubmetr olmasını nəzərə alaraq güman etmək olar ki, TANAP kəmərinin tikilməsi onlar üçün problem yox, Azərbaycan qazı uğrunda “Nabukko” ilə mübarizədə rəqabət üstünlüyü olacaqdır. Çünki həmin layihələrdən birinin Avropada TANAP kəmərinin davamı olması tamamilə mümkündür.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın öz milli mənafelərini üstün tutması Almaniyada bəzi dairələrin mənfi reaksiyasına səbəb olmuşdur. Almaniya mətbuatında, o cümlədən “Şpigel” jurnalında Azərbaycanın ünvanına heyrətamiz dərəcədə tez-tez kəskin tənqidi məqalələr dərc edilməyə başlamışdır.

Məsələyə bu cür yanaşmaq belə bir fərziyyəni bir daha təsdiq etmişdir ki, avropalı siyasətçilərin öz iqtisadi məqsədlərinə nail olmaq üçün siyasi təzyiq metodu onların arsenalında xüsusi yer tutur. İnsan hüquqları, demokratiya və sair dəyərlər mövzusunda spekulyasiyalar, bəzən isə xoşlarına gəlməyən ölkələrin, hətta öz tərəfdaşlarının da daxili işlərinə açıq müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi bu gün Qərbdə yetərincə çox dəbdə olan metoddur. Nə deyəsən, “makiavellizm” əsrlər boyu Almaniyanın xarici siyasətində hökmranlıq etmişdir, Almaniyadakı müxtəlif qaz lobbiçiləri isə özlərinin geoiqtisadi məqsədlərinə nail olmaq xatirinə hər kəsə dərs verməyə hazırdırlar ki, “məqsəd vasitələrə bəraət qazandırır”.

Lakin Azərbaycana qarşı belə nömrələr keçməyəcəkdir. “Ərəb küçəsinin” əhval-ruhiyyəsini buraya ixrac etmək üçün Qərbdə müəyyən qüvvələrin təşəbbüsü ilə göstərilmiş süni cəhdlər (yeri gəlmişkən, orada bəzən iqtisadi maraqlara nail olmaq üçün bombalama praktikası da tətbiq edilmişdir) hələ keçən il fiaskoya uğramış, spekulyativ xarakterli siyasi təzyiq isə hər dəfə adekvat cavab almışdır. Təhlükəsizlik məsələlərinə dair Münxen konfransında Misir ilə Azərbaycan arasında uydurma paralellər aparan iştirakçılardan birinin sualına Prezident İlham Əliyevin verdiyi birmənalı cavab buna əyani sübut ola bilər: “Kimlərinsə maraqlarından asılı olmayaraq Azərbaycanda Misir ssenarisi təkrarlanmayacaqdır”.

“Geoiqtisadi çalarlı” siyasi spekulyasiyalar

Bu kontekstdə tanınmış hüquq müdafiəçisi, əvvəllər Almaniya kansleri olmuş, hazırda isə məşhur qaz layihələrinin fəal lobbiçisi olan Gerhard Şröderin sosial-demokrat partiyası üzrə silahdaşı Kristofer Ştrasserlə əlaqədar hadisəni xatırlatmaq lap yerinə düşərdi.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan hüquqları üzrə Komitəsi hələ 2009-cu ilin mart ayında Kristofer Ştrasseri Azərbaycanda “siyasi məhbuslar” məsələsi üzrə məruzəçi təyin etmişdi.

Azərbaycan buna cavab olaraq öz mövqeyini bildirmişdir. Bu mövqe isə ondan ibarət idi ki, ölkə üzrə məruzə hazırlamaqdan əvvəl yalnız ayrıca götürülmüş bir dövlətə deyil, Avropa İttifaqının üzvü olan bütün dövlətlərə tətbiq edilə biləcək “siyasi məhbuslar” anlayışının müəyyən edilməsi üçün dəqiq meyarlar hazırlamaq lazımdır. Azərbaycan tərəfinin fikrincə, bu məsələyə hər hansı başqa yanaşma yolverilməzdir, çünki bu, Avropa İttifaqının fəaliyyətində ikili standartlar demək olacaqdır. Bu, mövqe bu gün də dəyişilməz qalır.

2011-ci ilin oktyabr ayında AŞPA Komitəsi Ştrasserin məruzəsinin adını dəyişdirərək həmin məruzəni “Azərbaycanda ehtimal edilən siyasi məhbuslar məsələsinə baxılması” deyil, “Siyasi məhbuslar məsələsinə baxılması” adlandırmaq barədə qərar qəbul etmişdir.

Lakin məruzəçinin mandatının adının dəyişdirilməsinə, habelə AŞPA tərəfindən qəbul edilmiş qətnamələrdə başqa ölkələrdə bir sıra şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması və bu pozuntuların məhkumların siyasi fəaliyyəti ilə əlaqədar olması barədə fərziyyələr olmasına baxmayaraq, məruzəçi Ştrasser əsib-coşur və tərsliyindən dönməyərək bəyan edirdi ki, o, yalnız Azərbaycan barəsində məruzə hazırlayacaqdır.

2012-ci il yanvarın 26-da AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları üzrə Komitəsi Strasburqda ehtimal edilən “siyasi məhbuslar” məsələsinə dair dinləmələr keçirmişdir. Azərbaycandan üç hüquq müdafiəçisinin - Eldar Zeynalov, Eynulla Fətullayev və Murad Sadəddinovun iştirak etdiyi həmin dinləmələrin məqsədi bundan ibarət idi: Azərbaycan tərəfi məruzənin hazırlanması üçün məruzəçini ölkəyə gəlməyə dəvət etməkdən imtina edəcəyi təqdirdə Ştrasser Azərbaycana gəlmədən, hüquq müdafiəçilərinin mövqeyinə istinadla məruzə hazırlamağın zəruriliyini əsaslandıra bilər.

Lakin dinləmələrin gedişində hüquq müdafiəçiləri Avropa Şurasının istənilən ölkəsinə tətbiq edilə biləcək “siyasi məhbuslar” anlayışı üçün universal meyarlar hazırlamağın zəruri olmasını bəyan etmiş və belə bir fikir söyləmişlər ki, məruzəçinin mövqeyi heç də qərəzsiz deyildir. Dinləmələr nəticəsində Komitənin üzvləri bu qənaətə gəlmişlər ki, Ştrasser öz mandatını səmərəli şəkildə yerinə yetirmək iqtidarında deyildir və bu vəziyyət bütövlükdə AŞPA-nın nüfuzuna xələl gətirə bilər. Dinləmələrin gedişində belə bir təklif irəli sürülmüşdür ki, Ştrasser “siyasi məhbuslar”a dair məruzəçi vəzifəsindən getməlidir. Həmçinin məruzənin iki hissəyə bölünməsinin mümkünlüyü barədə təkliflər səslənmişdir. Məruzənin birinci hissəsi “siyasi məhbuslar” anlayışı üçün universal meyarlar hazırlanması məsələsini əhatə etməlidir. Məruzənin ikinci hissəsi isə Avropa Şurasının üzvü olan bütün ölkələrdə “siyasi məhbuslar”la bağlı vəziyyətə aid ola bilər. Bu halda qeyd edilmişdir ki, məruzənin ikinci hissəsi yalnız universal meyarlar yaradıldıqdan sonra hazırlana bilər. Beləliklə, yanvar ayında AŞPA Komitəsində aparılmış dinləmə əyani şəkildə göstərdi ki, almaniyalı deputat Kristofer Ştrasser başqasının “çaldığı havaya oynamaqdan” imtina edən Azərbaycana münasibətdə üçüncü ölkələrin geosiyasi maraqlarının reallaşdırılması naminə qeyri-konstruktiv və qərəzli mövqe tutur.

Bu baxımdan, Azərbaycan parlamentinin sabiq spikeri, hazırda İnterpol xətti ilə cinayət axtarışında olan Rəsul Quliyevin Almaniyaya səfəri də çox qəribə görünür. R.Quliyev Berlində Almaniya parlamentinin (Bundestaqın) həddən artıq iddialı üzvü, ermənipərəst “yaşıl”, Ermənistana səfər etmiş və ən müxtəlif səbəblərə görə bu ölkəyə valeh olduğunu bildirmiş Viola fon Kramon ilə görüşmüşdür. Həmçinin fon Kramon, qonşu Ermənistandan fərqli olaraq onu hansı səbəblərə görəsə möhkəm narahat edən və qıcıqlandıran Azərbaycanı tənqid etmək imkanlarını əsirgəmir. Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda fon Kramon Bundestaqın Azərbaycana münasibətdə mənfi əhval-ruhiyyəli müxtəlif üzvləri ilə R.Quliyevin görüşlərinin təşkil edilməsi ilə fəal məşğul olur.

Bu məqamda qondarma “lobbiçiləri” xatırlamaq yerinə düşər. Belə bir fikir yayılmışdır ki, Almaniyanın mətbuat bazarına faktiki nəzarət edən solçu partiyalar, daha dəqiq desək, yuxarıda adları çəkilən sosial-demokratlar (ASDP) və “yaşıllar” Almaniyanın siyasətinə ciddi təsir göstərirlər. Almaniyalı jurnalistlərin təqribən 80 faizi (o cümlədən formal “sağçı” nəşrlərin redaktorları da) məhz onlara səs verirlər. Bütövlükdə televiziyada da oxşar vəziyyət yaranmışdır - ölkənin ən iri telekanalları olan ZDF və ARD, habelə onlara məxsus olan onlarca xırda telekanallar bu iki partiya arasında, necə deyərlər, bölünmüşlər.

Göründüyü kimi, Almaniyanın siyasi məkanında müəyyən antiazərbaycan qüvvələrin aşkar fəallaşması göz qabağındadır. Bəziləri yarımcan vəziyyətdə olan layihənin “dirçəldilməsi” problemini başqasının hesabına həll etməyə, digərləri isə əksinə, Azərbaycanın yalnız öz milli maraqlarını əsas götürməsi səbəbindən, onun “iblis” obrazını yaratmağa çalışır. Gördüyümüz kimi, müxtəlif qüvvələrin gündəliyi də müxtəlifdir.

Lakin bu siyasətin Avropanın iqtisadi maraqlarının dünyada yayılmasına real xidmət edə bilib-bilməyəcəyi o qədər də mürəkkəb məsələ deyildir.

Dünyanın hansı guşələrində siyasəti praqmatik, yalnız milli mənafeləri əsas götürən liderlər müəyyən edirsə, orada bu cür manevrlər kömək etməyəcəkdir. Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropaya nəqlinin şaxələndirilməsinin təmin edilməsi kimi konkret məsələyə gəldikdə isə, əminliklə deyə bilərik ki, bu cür “gedişlər” Azərbaycanın qəti qərar qəbul etməsinə təsir göstərməyəcəkdir.

Son nöqtə yalnız ölkənin milli mənafelərinə uyğun olaraq qoyulacaq, müxtəlif spekulyasiyalar isə, hətta onlar Azərbaycan üçün çox vacib olan “Eurovision” kimi mövzularla bağlı olsalar belə, nəzərə alınmayacaqdır.

Rəhman Hacıyev

“Bakinski raboçi” qəzetinin baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb