STEND ATICILIĞI ÜZRƏ TURNİR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Respublika Stend Atıcılığı Kompleksində bu obyektin istifadəyə verilməsinin 4-cü ildönümü münasibətilə turnir keçirilmişdir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda Olimpiya hərəkatının daha geniş vüsət alması üçün bu cür idman qurğularının gələcəkdə də inşa olunacağını demişdir.
Turnidə 22 şirkət və təşkilatdan 41 həvəskar atıcı iştirak etmişdir.
Dairəvi qaydada keçirilən yarışda Rauf Sadıxov (Sumqayıt Səhiyyə İdarəsi), Mehman Novruzov (Milli Olimpiya Komitəsi), Metyu Frensis (“TEMZ” Sığorta Qrupu) müvafiq olaraq ilk üç yeri tutmuşlar.
Trap növü üzrə keçirilən yarışda isə BAKOND şirkətinin nümayəndəsi Azər Hacıyev birinci yerə çıxmışdır. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elvin İsmayılov ikinci, Natiq Quliyev isə (Bank Respublika) üçüncü olmuşlar.
Turnirin qalibi 1000 manat və bu kompleksdə 500 pulsuz atış imkanı qazanmışdır. İkinci yerin sahibi 500 manat, 300 pulsuz atış imkanı, 3-cü yeri tutmuş iştirakçı isə 300 manat və 200 pulsuz atış imkanı əldə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]