Stiven Cerard “Liverpul”un futbol akademiyasında məşqçilik edəcək
Bakı, 21 yanvar, AZƏRTAC
Əfsanəvi futbolçu Stiven Cerard “Liverpul”a qayıdıb.
AZƏRTAC klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, futbolçu klubun akademiyasında məşqçilik edəcək.
Bildirilib ki, karyerasını 2016-cı ildə bitirmiş 36 yaşlı veteran futbolçu akademiyanın bütün yaş qruplarına nəzarət edəcək.
Qeyd edək ki, 1998-2015-ci illərdə formasını geyinmiş Cerard klubla 9 müxtəlif yarışda mükafat qazanıb, turnirlərdə 690 oyun keçirib. Onun aktivində 180 qol və 100 məhsuldar ötürmə var. İngiltərə millisinin sabiq yarımmüdafiəçisi komandası ilə iki dəfə ölkə kuboku, superkuboku, üç dəfə liqa kuboku, UEFA Çempionlar Liqası və Avropa Liqasını qazanıb.
Cerard futbolçu karyerasına isə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda son verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]