STOLÜSTÜ TENNİS ÜZRƏ ÖLKƏ KUBOKU UĞRUNDA YARIŞLAR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzində kişi və qadınlar arasında ölkə kuboku uğrunda yarışlar başa çatmışdır.
Beş gün davam edən yarışlardan sonra qadınların komanda birinciliyində ilk yeri “Aztelekom” tutmuş və ölkə kubokuna sahib olmuşdur. “Təhsil RİM “ 2-ci, “Sumqayıt UGİM” isə 3-cü nəticə göstərmişlər.
Kişi komandalar arasında ölkə kubokuna bütün rəqiblərini məğlub edən “Təhsil RİM” kollektivi layiq görülmüşdür. “Xəzri” və “Sumqayıt UGİM” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşmüşlər.
Qadınlar arasında şəxsi birincilik yarışlarında B.Eminova (“Sumqayıt”), R.Quliyeva (“Aztelekom”), R.Moiseyeva (“Xəzri”) müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar.
Kişilərin şəxsi birinciliyində isə V.Məmmədov (“Xəzri”), R.Cəfərov (“Təhsil”) və F.İsmayılov (“Təhsil RİM”) fərqlənmişlər.
Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]