Stolüstü tennis üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 2 aprel, AZƏRTAC
Stolüstü tennis üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydaları əsasında 2007-2008-ci, 2009-cu il və daha kiçik təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 10 komanda olmaqla 90 idmançı qatılıb.
Yekun nəticələrə görə, ümumi hesabda Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi birinci yeri tutub. İkinci yerdə 1 nömrəli idman liseyinin, üçüncü pillədə isə Şabran rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları qərarlaşıb.
Qaliblər “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medallarla təltif olunublar.