STOLÜSTÜ TENNİSÇİLƏR NÖVBƏTİ TƏLİM-MƏŞQ TOPLANIŞINA HAZIRLAŞIRLAR
Bakı, 29 iyul (AZƏRTAC). Avropa Stolüstü Tennis Birliyinin “2012-2020-ci illər Olimpiya layihəsinə” əsasən, avqustun 2-dən 9-dək Macarıstanın Kişkenfeledhaza şəhərində 1997-1998-ci illər təvəllüdlü mini kadet oğlan və qızlar üçün stolüstü tennis üzrə təlim-məşq toplanışı keçiriləcəkdir.
Tədbirdə Azərbaycanı məşqçi Mixayıl Timofeyevin başçılığı ilə 4 oyunçu - Emin Abdullayev, Məryəm İmanova, Hilal Həsənov və Sənan Əliyev təmsil edəcəklər.
Macarıstan toplanışının nəticələrinə görə 10 ən yaxşı mini kadet dekabrda Almaniyada Avropanın ən güclü tennisçiləri ilə birgə təlim-məşqlərə qatılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]