Su bioresurslarına vurulan ziyana görə 41932 manat məbləğində iddia qaldırılıb
Bakı, 5 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşlarının ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə altı ay ərzində apardığı araşdırmanın nəticələri açıqlanıb.
Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib, 68 iş tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Qanunu pozanlardan 35 üzmə vasitəsi, 11 asma qayıq mühərriki, qanunsuz ov aləti olan 638 tor və 1880 ədəd qarmaq, 2161 müxtəlif növ balıq, su bioresursu olan 1103 qurbağa və 1341 krevet götürülüb.
Bioloji resurslara vurulan ziyana görə, 41932 manat məbləğində iddia qaldırılıb, 11500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]