Sülhməramlılara məxsus avtomobillərin aksiya ərazisindən maneəsiz hərəkəti davam edir
Şuşa, 18 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus növbəti iki yük avtomobilinin Xankəndidən Laçına doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə sərbəst hərəkət təmin olunub.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]