Sumqayıt-Bakı qatarı qəfil dəmir yoluna çıxan piyadanı vurub
Bakı, 20 dekabr, AZƏRTAC
Bu gün saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfil qatarın qarşısına çıxıb.
Azərbaycan Dəmir Yolları QSC-dən AZƏRTAC-a bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
“ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir. Bu il ərzində insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]
DSMF-nin bu ilin 9 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]