“Sumqayıt” basketbol komandasında baş məşqçi dəyişikliyi olub
Bakı, 4 sentyabr, AZƏRTAC
“Sumqayıt” klubu baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi təcrübəli mütəxəssislə müqaviləni yeniləməyib. Əvəzində isə komandaya növbəti mövsümdən rusiyalı mütəxəssis Aleksandr Mixaylov rəhbərlik edəcək.
46 yaşlı məşqçi ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov”da Rusiya II Liqasının qalibi olub.
A.Mixaylov daha sonra Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Onun son iş yeri “Peresveta-YFU” (Rostov) komandası olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]