SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ MAGİSTRANTLARIN IV RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Həsənov çıxış edərək, Sumqayıtda müəssisələrin yenidən qurulması məsələsindən danışmış, istehsal sahələrinin gənc kadrlara ehtiyacı olduğunu diqqətə çatdırmışdır. Natiq kadr hazırlığında Sumqayıt Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Təhsil Nazirliyinin idarə rəisi, fizika-riyaziyyat elmləri doktoru Asəf Zamanov çıxışında müasir dissertasiya işinin hazırlanmasında bu cür konfransların əhəmiyyətini vurğulamışdır.
Sonra magistrantlar – Naxçıvan Dövlət Universitetindən Səyyad Məmmədov, “Odlar Yurdu” Universitetindən Mətləb Abbasov, Sumqayıt Dövlət Universitetindən Jalə Məmmədova, Azərbaycan Dillər Universitetindən Babək Abdullayev, Azərbaycan Memarlıq və İnşaat Universitetindən Qabil Qafarov, Bakı Dövlət Universitetindən Famil Şirvanov, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasından Mehman İsmayılov və başqaları çıxış edərək gənc kadrların yetişdirilməsinə dövlət qayğısına görə minnətdarlıqlarını bildirmiş, konfransın onların elmi axtarışlarına müsbət təsir göstərəcəyinə əminliklərini ifadə etmişlər.
İki gün ərzində 14 bölmə üzrə iclaslarda öz işini davam etdirən konfransa SDU-nun prorektoru Yadigar Hüseynov yekun vurmuş, belə tədbirlərin gələcəkdə də keçiriləcəyini diqqətə çatdırmışdır.