“Sumqayıt” futbol klubunun müdafiəçisi Premyer Liqada 150-ci oyununu keçirib
Sumqayıt, 1 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilmiş “Sumqayıt” - “Zirə” qarşılaşması sumqayıtlı müdafiəçi Bəxtiyar Həsənalızadə üçün əlamətdar olub. Belə ki, “Sumqayıt” futbol klubunun “14” nömrəli oyunçusu Premyer Liqada 150-ci oyununu keçirib.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2011/2012-ci illər mövsümündən etibarən komandanın şərəfini qoruyan B.Həsənalızadənin yubiley çıxışı 7-ci mövsümünə təsadüf edib. Bəxtiyar meydana çıxdığı 150 qarşılaşmada 4 dəfə rəqib qapılarına yol tapıb.
Oyundan öncə klubun prezidenti Riad Rəfiyev rəmzi “150” nömrəli futbol maykasını B.Həsənalızadəyə təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]