“Sumqayıt” komandası Səudiyyə Ərəbistanının “Al-Fateh” klubunu məğlub edib
Bakı, 21 iyul, AZƏRTAC
2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” futbol klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Fateh” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “Sumqayıt” klubunun hücumları ilə başlayıb. Oyunun əvvəlindən hücuma atılan komandamız hesabı 14-cü dəqiqədə açıb. Sumqayıt təmsilçisinin yeni transferi Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının “uzaq doqquzluğ”una göndərməklə baxımlı qola imza atıb.
Oyunun 37-ci dəqiqəsində Rəşad Eyyubov daha bir gözəl qolla yadda qalıb. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik oldu. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirib.
İkinci hissə də “Sumqayıt”ın üstünlüyü ilə keçib. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirib.
Beləliklə, görüş “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]