Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində dezinfeksiya işləri aparılıb
Sumqayıt, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan müəssisələrdə dezinfeksiya işləri davam edir.
AZƏRTAC xəbər verir ki, COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, həmçinin dünyanı çənginə almış koronavirus pandemiyasının qarşısının alması məqsədilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində növbəti dəfə profilaktik dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış şəxslər həyata keçirir.