SUMQAYIT SEÇKİLƏRƏ HAZIRLAŞIR
41 nömrəli dairə seçki komissiyasının sədri Məzahir Süleymanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qeydiyyata alınmış 21 namizəddən 16-sı seçkiqabağı kampaniyanı davam etdirir. Bu dairədən namizədliyini irəli sürmüş Sabir Tarıverdiyevin namizədliyi respublika Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv olunmuşdur.
36 seçki məntəqəsinin hamısı seçkilərin keçirilməsinə hazırdır. Məntəqələr telefonlaşdırılmış və elektrik enerjisi ilə fasiləsiz təchiz ediləcəkdir. Bu dairədə yaşayan təxminən 42 min 100 sumqayıtlının öz iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradılmışdır.
43 nömrəli seçki dairəsinin dairə seçki komissiyasının sədri Vəzirxan Ənsarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qeydiyyata alınmış 28 namizəddən 20-si seçkiqabağı mübarizəni davam etdirir. Onların 2-si Yeni Azərbaycan Partiyasının, 6-sı siyasi blokların və müxalifət partiyalarının nümayəndələridir. Qalan 12 namizəd isə bitərəfdir. Partiya mənsubiyyətindən asılı olmayaraq, yaşayış massivlərində görüşlər keçirən namizədlər üçün zəruri şərait yaradılmışdır. 38 seçki məntəqəsinin seçki komissiyalarının üzvləri müvafiq seminar-məşğələlər keçmişlər. Burada parlament seçkilərinin uğurla keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]