REGİONLAR
Sumqayıt şəhərinin 75 yaşı tamam olur - FOTOREPORTAJ
Sumqayıt, 22 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bu gün Sumqayıt şəhərinin 75 yaşı tamam olur. 1949-cu il noyabrın 22-də şəhər statusu alan Sumqayıt Cənubi Qafqazın ikinci iri sənaye mərkəzidir. Həm də sakinlərinin sayına görə ölkəmizin ikinci böyük şəhəridir.
Tikinti işlərinə 1939-cu ildə başlanılan Sumqayıtın əhalisi 6400 nəfər idisə, 10 il sonra bu rəqəm 17200 nəfər olub və bu da Sumqayıta şəhər statusu verilməsində əsas rollardan birini oynayıb. Rəsmi statistikaya əsasən, indi şəhərin 500 mindən çox sakini var.
Sumqayıtın ölkəmizin ən iri şəhərlərindən biri kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndərin rəhbərliyi ilə şəhərin sənaye potensialı dinamik inkişaf edib, infrastrukturu genişlənib, abadlaşdırılmasına diqqət artıb.
Azərbaycanda sənaye sahəsində yaradılan ilk klasterin ünvanı da elə Sumqayıtdır.
Sumqayıtlılar 75 illiyi şəhərin yaraşıqlı siması, təmiz küçə və prospektləri, gözəl istirahət parkları, sevgi və zövqlə bəzədilmiş görünüşü ilə qarşılayırlar.
AZƏRTAC fotoqraf Xaqani Əzizovun Sumqayıtdan çəkdiyi fotoları təqdim edir.