SUMQAYIT UKRAYNA SƏNAYEÇİLƏRİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevlə görüş zamanı səfərlərinin məqsədindən söhbət açan qonaqlar dedilər ki, Sumı şəhərinin rəhbərliyi keçmiş tərəfdaşları ilə iqtisadi əlaqələrin bərpa edilməsinə dair proqram işləyib hazırlamışlar. Sumqayıt onların arasında başlıca yerlərdən birini tutur, çünki bu şəhərdə çoxlu sənaye müəssisəsi, o cümlədən kimya müəssisələri var.
İcra hakimiyyətinin başçısı qonaqlara şəhərin tarixindən, iqtisadi inkişaf perspektivlərindən danışdı, Sumqayıtın xarici iqtisadi əlaqələrin tənzimlənməsində, iqtisadi potensialının gücləndirilməsində marağı olduğunu vurğuladı.
Görüş zamanı hər iki tərəf üçün sərfəli olan aktual məsələlər müzakirə edildi.
Həmin gün qonaqlar “Azərikimya” Dövlət Şirkətinin rəhbərliyi ilə də görüşdülər.