İQTİSADİYYAT
SUMQAYITDA ABONENTLƏR ÜÇÜN ELEKTRİK SAYĞACLARI QURAŞDIRILIR
“Barmek” elektrik şəbəkəsi Sumqayıt şəhəri üzrə 61 min abonentdən indiyədək 10 mini üçün elektrik sayğacı quraşdırmışdır və bu iş davam edir.
Sumqayıt Şəhər Elektrik Şəbəkəsini “Barmek” ötən il oktyabrn 1-dən idarəetməyə götürmüşdür. Ötən dörd ayda dörd köhnə transformator 35 və 110 kilovoltluq yeni transformatorlarla əvəz edilmiş və şəhər daxilində 4 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti çəkilmişdir.
“Barmek” Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının elektrik şəbəkələrini də modernləşdirir. Yaxın vaxtlarda həmin rayonlarda da abonentlər üçün elektrik sayğaclarının quraşdırılmasına başlanacaqdır.