Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb
Bakı, 24 may, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmətin Regional Ekologiya İdarəsinin rəisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacların Sumqayıt şəhəri, Koroğlu prospekti, 182 ünvanında Nuşirəvan Ağalarov, Koroğlu prospekti, 178 ünvanında isə Əhliman Zeynalov tərəfindən kəsildiyi məlum olub.
Qeyd olunub ki, faktlarla bağlı akt tərtib edilib. Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]