Sumqayıtda baş verən yol qəzasında üç piyada xəsarət alıb
Sumqayıt, 3 iyul, AZƏRTAC
Sumqayıtda yol qəzası baş verib.
Şəhər Polis İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhərində toqquşan iki avtomobildən biri səkiyə çıxaraq piyadaları da vurub. Hadisə şəhərin N.Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Yalçın Məmmədovun idarə etdiyi “Toyota” markalı maşınla Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Elsevər Sadıqovun idarə etdiyi “Hyundai” markalı avtomobil toqquşub.
Zərbənin təsirindən “Hyundai” markalı avtomobil səkiyə çıxaraq yolun kənarında dayanmış Sumqayıt sakinləri - 1988-ci il təvəllüdlü Vüsal Bədəlovu, 1966-cı il təvəllüdlü Şəlalə Qasımovanı və onun qızı, 1989-cu il təvəllüdlü Gülnar Nazim qızını vurub.
Xəsarət alan piyadalar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:52]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:37]