SUMQAYITDA ƏMƏK YARMARKASI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 29-da Sumqayıtdakı Üzvi sintez zavodunun konsert-idman sarayında ənənəvi əmək yarmarkası keçirilmişdir. Şəhərdəki əmək və əhalinin məşğulluğu mərkəzi 1,5 mindən çox iş yeri təklif etmişdir. Yarmarkada özəl və dövlət bölmələrinin 175 müəssisəsi iştirak etmişdir.