Sumqayıtda yataqxana binasında baş verən yanğın söndürülüb
Bakı, 18 yanvar, AZƏRTAC
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-dən bildirilib.
Qeyd edək ki, yanğın Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində baş vermişdi.