SÜRÜCÜ HADİSƏ YERİNDƏ KEÇİNMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 9-da Bakı-Mərdəkan yolunda Bakı şəhər sakini Abbas Mustafayevin idarə etdiyi “BMW” markalı və Sumqayıt şəhər sakini Filiman Məmişovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, F.Məmişov hadisə yerində keçinmişdir.