Şuşada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Sentyabrın 20-21-də Şuşa şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada Şuşa şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri və sənətkarlar iştirak edə bilərlər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “KOB Fest”də məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlar sentyabrın 16-sı, saat 18.00-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödəniş nəzərdə tutulmur. “KOB Fest” sərgi-satış yarmarkasının məqsədi bölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.
Şuşa şəhərində və ətraf bölgələrdə yaşayan sakinlər, həmçinin Qarabağı ziyarət edən qonaqlar “KOB Fest” sərgi-satış yarmarkasına dəvətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]
Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb
- 05.06.2026 [11:40]