Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər

Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər

Bakı, 17 mart, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəmizin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2025-ci il dekabrın 22-də imzaladığı və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Bununla yanaşı, sənəddə vurğulanır ki, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.

Bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın memarlıq abidələri – qədim tarixə malik məscidlər” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu silsilədən olan məqaləni təqdim edir.

Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1693-1763) adı ilə bağlıdır. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları, ibadətgah və ticarət təyinatlı tikililəri, malikanə və karvansaraları, 17 məhəllə və qoşa minarəli yaraşıqlı Cümə məscidləri, həmçinin möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir.

Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılmışdır. “Aşağı məhəllə” 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdır. “Yuxarı məhəllə” isə 8 məhəllədən ibarət idi: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.

XVIII əsrin sonu-XIX əsrdə inşa edilmiş Şuşadakı məscidlər haqqında mənbələrə əsasən qeyd etmək lazımdır ki, şəhərdə 17 məhəllənin hər birinin öz məscidi mövcud olmuşdur. Bununla yanaşı, XIX əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağın bir çox məşhur memarlıq nümunələrinin banisi kimi tanınmış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri Şərq memarlıq üslubunda tikilmiş və Azərbaycanın tarixi-mədəni irs nümunələridir.

Qeyd etmək lazımdır ki, düzbucaqlı plandakı Şuşanın qədim məscidləri (XVIII-XIX əsrlər) hər bir məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri olmuşdur. Müxtəlif cizgili enli tağları olan (Merdinli, Köçərli, Quyuluq) və ya müstəvi səpkisində (Çöl Qala, Seyidli, Mamayı məscidi) işlənmişdir. Məscidlərin əsas girişinin istiqaməti isə meydanın planlaşdırılmasından və relyefindən asılı olaraq inşa edilmişdir. Məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən - polixrom divar boyakarlığından, xüsusilə “Qurani-Kərim” yazılarından və yapma bəzəklərindən istifadə olunmuşdur.

Xatırladaq ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı dəstələri tərəfindən işğal edildikdən sonra memarlıq abidəsi hesab edilən məscidlərin çoxu tamamilə dağıdılmış, yalnız 3 məscidin bir hissəsi dağıdılmış, minarələri isə yarıuçuq vəziyyətə salınmışdır.

Yuхarı Gövhər Ağa məscidi Şuşanın mərkəzi “Meydan” adlanan ərazisində yerləşən və şəhərdə tikilmiş ən qədim məsciddir. Məscidin inşası Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə eyni vaxtda qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrdə isə, yəni 1883-1884-cü illərdə adıçəkilən məscidin yerində Gövhər ağanın maddi vəsaiti əsasında qoşaminarəli məscid inşa edilmişdir. XIX əsrin memarlıq abidəsi olan Yuхarı Gövhər Ağa məscidinin memarı Qarabağda bir sıra tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir.

Qeyd etmək vacibdir ki, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu artıq Şuşada daha bir neçə layihənin, xüsusilə məscidlərin əsl tarixi simasında bərpasını başa çatdırmışdır.

Digər məscidin inşası da memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan aşağı tərəfdə inşa edilmiş məscid həm də Aşağı Gövhər Ağa məscidi adı ilə tanınmağa başlamışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. XIX əsrin memarlıq abidəsi olan və şəhərin ikinci cümə məscidi sayılan Aşağı Gövhər Ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır.

Prezident İlham Əliyev 2024-cü il iyulun 5-də Şuşa şəhəri işğal altında olduğu illərdə bütün məscidlər kimi, erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işlərindən sonra açılışında iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, 17 məhəllənin hər birində inşa edilmiş məscidlər içərisində Saatlı məscidi Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən, 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş tarixi məsciddir. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur. Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidinin əsas fasadı asimmetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır.

Yuxarı və Aşağı Gövhər Ağa məscidlərindən fərqli olaraq, Saatlı məscidinin tək minarəsi məscid binası ilə birləşik şəkildə olmamış, həmçinin minarəyə girişi məscidin daxilindən deyil, həyət hissəsindən olmuşdur. Saatlı məscidinin XIX əsrin ikinci yarısından Şuşanın mərkəzi meydanları sırasında, “Bazarbaşı” və ya “Divanxana” meydanından görünən və özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynamışdır.

Həmçinin Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidi əsas fasadında asimmetrik girişə malikdir. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən geniş istifadə olunmuşdur. Məscidin minarəsinin ümumi quruluşu Yuxarı Gövhər Ağa və Ağdam Cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayi Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Sovet dövründə - 1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır. 2023-cü il mayın 10-da Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin də açılışı olmuşdur.

Didər bir məscid XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir. 2024-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak etmişlər. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri vardır. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan “Güldəstə” quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərmişdir.

“Təzə məhəllə” məscidi XIX əsrdə Şuşanın Təzə məhəlləsində, Mehmandarovların malikanə kompleksinin daxilində inşa edilmişdir. Yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi “Yaşıl Aptek” kimi fəaliyyət göstərmişdir.

Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan məscidin “Güldəstə”si təmir-bərpa olunmuşdur.

Məsciddə bərpa işlərinə 2023-cü ildən Heydər Əliyev Fondu tərəfindən başlanılmışdı. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilmişdir. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanmışdır.

XIX əsrdə tikilmiş Hacı Yusifli məscidinin ümumi giriş qapısının üst tərəfində qoyulmuş bir cüt pəncərə isə həmin bölməni kifayət qədər təbii işıqla təmin etmişdir. Bu məscidin sütunsuz ibadət zalını baş və yan fasadda düzülmüş pəncərələr işıqlandırıdı. Məscidin dördyamaclı dam örtüyündə azançı üçün "Güldəstə" quraşdırılmışdı. Hacı Yusifli məscidinin qarşısındakı meydanın yüksək zövqlə bəzədilmiş sərin sulu bulağı mövcud olmuşdur. Həmin bulağın da bütün bədii həlli ilə məscid memarlığı arasında uyğunluq hiss olunur.

Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə şəhərin relyefinə uyğun olaraq məhəllə belə adlandırılmışdır.

Bununla yanaşı, Xocamircanlı, Dəmirçilər, Ağadədəli, Hamamqabağı, Köçərli, Quyuluq, Merdinli və Seyidli məhəllə məscidləri də mövcud olmuşdur. Bütün məscidlər Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib