Şvartsman növbəti mövsümü Formula 3-də keçirəcək
Bakı, 24 yanvar, AZƏRTAC
“Ferrari” yürüş akademiyasının rəhbərliyi öz pilotlarının qarşıdakı mövsüm üçün planları barədə danışıb. Burada təsdiq ediblər ki, Avropa Formula 3 seriyasının çempionu, akademiyaya yeni seçilmiş Mik Şumaxer Formula 2-də iştirak edəcək. Bu seriyada Mik Şumaxerlə bərabər Culiano Alezi və Kallum Aylott da çıxış edəcəklər.
AZƏRTAC “Ferrari” yürüş akademiyasının rəsmi saytına istinadla xəbər verir ki, “Ferrari” Formula 3-də özünün iki yetirməsi - Robert Şvartsman və Markus Armstronq ilə təmsil olunacaq.
Xatırladaq ki, bu, tarixdə ilk Formula 3 mövsümü olacaq. Bu seriya Avropa Formula 3 seriyası ilə GP3-ün birləşməsi nəticəsində yaranıb.
Gənclər proqramının digər pilotlarına gəldikdə, Entso Fittipaldi yeniyetmələrin regional seriyalarında, Canluka Petekof isə Formula 4-də iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]