Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışı keçir
Bakı, 8 iyun, AZƏRTAC
Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Boks Mərkəzində keçirilən hazırlığa Azərbaycan millisinin üzvləri də qatılıblar. Komandalar təlim-məşq çərçivəsində sınaq qarşılaşmalarında da güclərini yoxlayıblar.
Qeyd edək ki, Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda təlim-məşq toplanışı və buradakı yoldaşlıq görüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.