Taekvondoçularımız Avropa çempionatında çıxış edəcəklər
Bakı, 18 may, AZƏRTAC
Mayın 19-da Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 13 idmançı təmsil edəcək.
Kişi taekvondoçuların yarışında Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Hərçəqani (87 kq) və Radik İsaev (87 kq-dan yuxarı) iştirak edəcəklər.
Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaqlar.
Yarış mayın 22-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]