TAEKVONDOÇULARIMIZ YAPONİYAYA YOLA DÜŞMÜŞLƏR
Azərbaycan taekvondoçuları iyulun 16-19-da keçiriləcək dünya kuboku uğrunda yarışda iştirak etmək üçün Yaponiyaya yola düşmüşlər.
Xatırladaq ki, bu yaxınlarda İspaniyanın paytaxtı Madriddə keçirilmiş Avropa kuboku uğrunda yarışda idmançılarımız uğurla çıxış edərək, komanda hesabında ikinci yeri tutmuşlar. İyulun 12-də Azərbaycan Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov həmin yarışın iştirakçıları Təvəkkül Bayramov, Xəqan Umudov, Rəşad Əhmədov və Elnur Amanov ilə görüşmüşdür. Federasiyanın prezidenti hakimlərin qeyri-obyektivliyinə baxmayaraq, idmançılarımızın ikinci yer tutmasını yüksək qiymətləndirmiş, qarşıdakı yarışda onlara daha böyük uğurlar arzulamışdır.
Dünya kuboku uğrunda yarışda respublikamızın şərəfini səkkiz idmançı - Elnur Amanov, Elşad Qüdrətli, Niyaməddin Paşayev, Zahid Məmmədov, Rəşad Əhmədov, Fəqan Umudov, Təvəkkül Bayramov və Fətulla Musayev qoruyacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]