Tailand kralı və kraliçası koronavirusa yoluxub
Bakı, 17 dekabr, AZƏRTAC
Tailand kralı Maha Vaçiralonqkorn (X Rama) və kraliça Suthida koronavirusa yoluxub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kral sarayı bürosunun yayımladığı bəyanatda deyilir.
Bəyanata əsasən, dekabrın 16-da axşam saatlarında 70 yaşlı kral və kraliçanın koronavirus testi onların infeksiyaya yoluxduğunu aşkara çıxarıb. Kral ailəsinin xəstəliyi yüngül simptomlarla keçirdiyinə baxmayaraq, həkimlər onlara səlahiyyətlərini bir müddət yerinə yetirməkdən çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, 69,6 milyon nəfər əhalisi olan Tailandda koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 13-də qeydə alınıb. Hazırda krallıqda virusa yoluxanların ümumi sayı 4,71 milyonu ötüb, 4,64 milyondan çox insan sağalıb, 33,3 min nəfər isə həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]