Tanzaniya nümayəndəsi: COP29-un kasıb ölkələrin maliyyələşdirilməsi baxımından müsbət nəticə verəcəyini düşünürəm
Bakı, 21 noyabr, AZƏRTAC
Mən Tanzaniyada “İqtisadi güclənməyə doğru qadınların axtarışı” adlı təşkilatda işləyirəm. Noyabrın 12-dən Azərbaycandayam. Həqiqətən gözəl yerdir. Bakıdakı insanlar nəzakətlidirlər. Bizi çox gözəl səhər yeməyi, şam yeməyi və nəqliyyatla təmin edirlər. Nəsə lazım olanda kömək edirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanzaniyalı nümayəndə Judika Solomon Losai söyləyib.
COP29-un əsas mövzusunun maliyyə olduğunu bildirən Judika Solomon Losai deyib: “Bu konfransda qəbul edilən qərarların kasıb və ya inkişaf etməkdə olan ölkələri maliyyələşdirmək baxımından müsbət nəticə verəcəyini düşünürəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 24.06.2026 [04:44]