TARİFLƏRİN ARTIRILMASI GÖZLƏNİLMİR
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2002-ci ilin yekunlarına görə sudan istifadə üçün fermerlərdən 6,5 milyard manatadək vəsait yığılacaqdır. Bu da ötən ilkindən təxminən 2 milyard manat çoxdur. Bu, ödənişlərin yığılması sisteminin dəyişdirilməsi sayəsində mümkün olacaqdır.
Əvvəllər fermerlər hər kubmetr su üçün haqq ödəyirdilər. Bu ildən isə hektar hesabı ödəniş sistemi tətbiq edilir. İndi 5 hektar torpağı olan hər bir fermer əlavə dəyər vergisi nəzərə alınmaqla, sudan istifadə üçün 15-16 min manat ödəyəcəkdir.
Mütəxəssislərin hesablamalarına görə, sudan istifadə üçün qoyulmuş rüsumlar onun maya dəyərinin yalnız 10 faizini ödəyir. Lakin qiymətləri artırmaq da məqsədəuyğun deyil, çünki bu fermerlər üçün çətinlik törədə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]