Tarix Muzeyinin əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər
Bakı, 15 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları XV Beynəlxalq türk mədəniyyəti, sənəti və mədəni irsi qoruma simpoziumunda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Tarix Muzeyindən məlumat verilib. Bildirilib ki, simpoziumda muzeyin əməkdaşları - dosent Həbibə Əliyeva, dosent Gülzadə Abdulova, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov məruzələrlə çıxışlar ediblər.
Tədbir Türkiyənin Aydın Adnan Menderes Universitetinin Türk Sənəti, Mədəniyyəti Tətbiq və Araşdırma Mərkəzi, Konya Selçuk Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiq Mərkəzi, Milli Azərbaycan Tarixi Muzeyi, Özbəkistan Termez Dövlət Universiteti, Şimali Makedoniya Sosial-Mədəni Antropoloji İnstitutu, Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunda yerləşən Komrat Dövlət Universitetinin təşkilatçılığı ilə onlayn baş tutub. Tədbirdə Makedoniya, Albaniya, Rusiya, İtaliya, İran, Özbəkistan, Türkmənistan, Moldova və Azərbaycan alimlərinin çıxışları dinlənilib. Simpoziumun materialları nəşr ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:38]
Nobel Sülh Mükafatının laureatı məlum olub
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]