TARİXİ ABİDƏLƏR BƏRPA EDİLƏCƏKDİR
Şamaxı qədim və orta əsrlərə aid tarixi abidələrlə zəngin olan bir rayondur. Sovetlər birliyi dövründə baxımsızlıq üzündən az qala izi silinməkdə olan bu cür abidələrin bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində son illər məqsədyonlü tədbirlər görülür. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Mədəniyyət Nazirliyində hazırda bir sıra tarixi abidələrin, o cümlədən Şamaxıdakı Cümə məscidinin, Şahxəndan günbəzinin, Yeddi günbəzin, habelə Kələxana kəndindəki türbələr kompleksinin, Göylər kəndindəki Pir-Mərdəkan və türbə abidələrinin bərpası üçün layihə-smeta sənədləri hazırlanır. Gələn ildən başlayaraq bu abidələr bərpa olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:43]
ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]