Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tariximizin daş yaddaşı – Qobustan

Tariximizin daş yaddaşı – Qobustan

Bakı, 28 sentyabr (AZƏRTAC). Tariximizin daş yaddaşıdır Qobustan. Bizi tanıdan ən qədim kitabədir Qobustan. Hər daşı canlı tarix olan bu müqəddəs yerin hər qarışında millətimizin keçmişi əks olunmuşdur. Kim olmağımız, haradan gəlib, hara getməyimizin cavabı, sevgimizin, nifrətimizin, gücümüzün, səbrimizin yaddaşı, musiqimizin səsi var Qobustanda. Bəlkə də ibtidai insan dünya ilə ilk təmasını da burada qurmuşdur. Bu nəhəng daşların yaddaşında nələr yatır görəsən? Kim bilir, bəlkə də bu daşlar torpağın bağrına sancılmış qəzəbimiz, ölməmişdən qabaq özümüz üçün basdırdığımız baş daşlarıdır. Hər halda bu əzəmətli iri daşlar bu torpaqların əzəli və əbədi sakini olduğumuzu göstərən ilk tarixi mənbədir. Sükuta dalmış bu daş kitabələrin yanından sakit ötmək mümkünsüzdür...

Qobustandakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini danışır, indiki azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Qobustan həm də dünya miqyaslı tarixi abidədir.

Tanınmış səyahətçi Tur Heyerdalın “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyədək öyrənilməyən mədəniyyət incisidir. Qobustan qədim insanın bacarıq və düşüncəsini rəsmlər vasitəsilə bizə çatdıran məkandır” fikri dediklərimizin təsdiqidir.

Bu daşların tarixi bəlli olmasa da Qobustanı Dövlət Tarix və Bədii Qoruğunun yaşı bəllidir. Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966-cı ildə Qobustan Dövlət Tarix və Bədii Qoruğu elan edilmişdir. Qoruq əsasən üç dağın - Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi böyük bir ərazini əhatə edir.

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotomiyadan daha qədim olan Qobustan abidələrindən salın. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq imkanı tapacaqsınız. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlər dolu bir dünya sizi heyrətləndirəcəkdir.

Əcdadlarımızın həyat tərzini əks etdirən son paleolit dövrünə aid minlərlə qayaüstü təsvirlərə məhz Qobustan ərazisində rast gəlmək mümkündür.

Azərbaycanın qədim tarixinin yadigarlarından olan Qobustan Bakıdan 65 kilometr məsafədə yerləşir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

Buradakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.

Dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev martın 4-də qoruq muzeyinin yeni binasının tikilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılması ilə bağlı Sərəncam imzalamışdır.

Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burada insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq ta XVIII əsrədək ardı-arası kəsilmədən davam etmişdir.

Qobustan, Naxçıvan, Kəlbəcər, Göyçə-Zəngəzur zonası və adları ermənicəyə dəyişdirilmiş İrəvan ərazilərindəki qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları bir-biri ilə tam uyğunluq yaradır. Bu isə yurda sahib olan əcdadlarımızın düşüncə və ruh doğmalığının vahidliyini sübut edir.

Buradakı qayalar o dövrdə yaşamış insanların adət-ənənələrindən bəhs edən daş salnaməni xatırladır. Təsvirlər vasitəsilə bir neçə tarixi mərhələnin gedişatını izləmək mümkündür. Dağ keçisini ovlanması və nizə ilə rəqs səhnələri ən qədim dövr olan mezolitdən xəbər verir. Atlı, eləcə də piyadaların ov səhnələri, döyüş süjetləri, kollektiv əmək, əkin-biçin və qadınların ocaq başında təsvir olunduqları rəsmlər isə növbəti tarixi mərhələni - eramızın birinci əsrini əks etdirir. Orta əsrlərə aid qayaüstü təsvirlər isə getdikcə kiçilir.

Təbiətin Qobustanda yaratdığı möcüzələrdən biri də buradakı pirdir. Həmin müqəddəs məkan güclü külək və yağışın qayada açdığı dəlik nəticəsində əmələ gəlmişdir. Övlad həsrəti çəkən anaları arzusuna çatdıran pirin sehrli gücünün əcdadlarımız tərəfindən nə vaxt dərk edilməsi isə bizə məlum deyil. Bildiyimiz təkcə odur ki, həmin pir bu gün ümidsiz insanların pənah gətirdikləri yerə çevrilmişdir.

Qobustanın indiyədək açılmamış sirlərindən biri də yerə səkkiz rəqəmi formasında döşənmiş daşlardır. Əcdadlarımızın onları yerə niyə düzmələri bizə məlum deyil. Çox güman ki, bu, onlara müəyyən ayinləri icra etmək üçün lazım olub.

Qobustan Tarixi-Bədii Qoruğunda tikilən muzey öz müasirliyi ilə nəyinki Qafqazda, hətta dünyada seçilib-fərqlənir. Buradakı muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2460 kvadratmetrdir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılmışdır. Burada rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarına verilir.

Muzeydə kitabxana ilə yanaşı, fotolaboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir.

Muzeydə fəaliyyət göstərən zallarda dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks olunmuşdur. Burada quraşdırılmış sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür. Burada turistlər ilkin yaşayış dövründən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərin miqyasını, dünyada yaşanan insan köçünün coğrafiyasını seyr edə bilərlər.

Muzeydə 3D formatında 45 tamaşaçı üçün kinozal da yaradılmışdır. Zal 7 səsgücləndirici, monitor və proyektorla təchiz edilmişdir. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

Layihə üzrə Qobustandakı Böyükdaş zirvəsində açıq səma altında muzeyin yaradılması nəzərdə tutulmuşdur. Buraya səyahət tunel vasitəsilə kiçik vaqonlarda həyata keçiriləcəkdir. Böyükdaş zirvəsində Azərbaycan mədəniyyəti və təbiətini əks etdirən mənzərənin yaradılması da planlaşdırılır.

Muzeydə 360 dərəcə fırlanan xüsusi aparatla istənilən abidənin üzərində dayanmaq olur. Muzeyin fondunda 100 mindən çox arxeoloji materiallar toplanmışdır.

Bütün bunlar göstərir ki, Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər boyu onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir. Qədim odlar diyarı bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir.

Qədim və zəngin mədəni irs xalqımızın iftixarıdır. Buraya əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar harmoniyasını təqdim edən musiqi, həmçinin “donmuş tarix” adlanan Azərbaycan memarlıq abidələri daxildir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılıq sənətləri, xalçaçılıq, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərik ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni etməliyik.

Bütün bunların sırasında Qobustan Tarixi-Bədii Qoruğunun da mühüm yeri, çəkisi vardır. Bu qədim məkan hazırda Azərbaycana üz tutan hər bir əcnəbidə böyük maraq doğurur. Tarix təkcə qədim əlyazmalardan ibarət deyil, hər daşın da öz tarixi vardır. Odur ki, xalqımızın qədim tarixini özündə əks etdirən Qobustanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.

 

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

 

Yazı Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi

“Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib