TAXIL BİÇİNİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Operativ məlumatlara görə, bu il iyulun 31-nədək, qarğıdalı istisna olmaqla, 731,3 min hektarın və yaxud biçiləcək sahənin 97,2 faizinin məhsulu yığılmış, hər hektardan orta hesabla 25,7 sentner olmaqla 1876,5 min ton və yaxud keçən ildəkindən 26,3 min ton az məhsul toplanmışdır. Ötən ilə nisbətən taxılın əkini sahəsinin 17,9 min hektar azalması istehsalın ümumi həcminə müəyyən təsir etmişdir.
Naxçıvan Muxtar Respublikasının, Saatlı, Şəmkir, Ağcabədi, Sabirabad, İmişli, Ağdam, Salyan, Beyləqan və Ağdaş rayonlarının təsərrüfatlarında hər hektardan orta hesabla 31-41,7 sentner taxıl məhsulu götürülmüşdür. Cəlilabad rayonunda 125,6 min ton, Şəkidə 98,2, Naxçıvan Muxtar Respublikasında 85,8, Sabirabadda 82,3, Xaçmazda 76,2, Ağsuda 74,4, İsmayıllıda 71,3 min ton taxıl istehsal edilmişdir.
Rayonların yarıdan çoxunda hektarın orta məhsuldarlığı keçənilki səviyyədən nisbətən yuxarı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]