TAXILÇILAR MƏHSUL YIĞIMINA BAŞLAMIŞLAR
Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın müxbirinə bidirmişlər ki, zəmilərdə bol məhsul yetişdirilmişdir. Görkəmli seleksiyaçı alım, akademik Cəlal Əliyevin bölgədə olarkən verdiyi dəyərli məsləhətlər taxılçılara sanballı kömək göstərmişdir. Bu il rayonun fermerləri və torpaq mülkiyyətçiləri 16 min 067 hektar sahənin məhsulunu toplayacaqlar. İndiyədək 2 min 100 hektar sahənin məhsulu yığılmış, hər hektardan 30 sentner məhsul götürülmüşdür. Rayonda biçin və məhsulun daşınması üçün kifayət qədər texnika və nəqliyyat vasitəsi ayrılmışdır.
Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan və İmişli rayonlarında da məhsul yığımı sürətlə davam edir. Cari ildə həmin rayonlarda 88 min 485 hektar zəminin məhsulu yığılacaqdır. Qısa müddətdə 7 min 302 hektar sahənin məhsulu yığılmış, 20 min tondan çox taxıl istehsal edilmişdir. Hər hektardan orta hesabla 27,4 sentner taxıl götürülmüşdür. Ağdam rayonunun taxılçıları hektarın məhsuldarlığını 31 sentnerə çatdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]