TBİLİSİDƏ HƏMYERLİMİZİN SƏRGİSİ AÇILMIŞDIR
Gürcüstanın rəsmi şəxslərinin, o cümlədən parlament üzvlərinin, bu ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, incəsənət xadimlərinin və ziyalıların iştirakı ilə keçirilən mərasimi Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açaraq Ə.Rzaquliyevin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. O, rəssamı xalq həyatını, şəhər və kənd əhalisinin məişətini dərindən bilən sənətkar kimi təqdim etmişdir.
Diplomat Azərbaycanla Gürcüstan arasında mövcud dostluq və mədəni əlaqələrin bundan sonra da davam və inkişaf etdiriləcəyini bildirmişdir.
Tədbirdə Gürcüstan Parlamenti sədrinin birinci müavini M.Maçavariani və “Gürcüstan–Azərbaycan Dostluq Evi”nin sədri Q.Alasaniya bu əlamətdar hadisənin ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha bir əyani sübutu olduğunu diqqətə çatdırmışlar.
Axırda sənətkarın oğlu Aydın Rzaquliyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]