TBİLİSİDƏ MÜSƏLMANLAR ÜÇÜN DİNİ–MƏDƏNİ MƏRKƏZ AÇILMIŞDIR
Mərkəz Tbilisinin Ortacala məhəlləsində yerləşir. Bu günlərdə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə onun təntənəli şəraitdə açılışı olmuşdur.
Məşədi Əli toplaşanlara mərkəzin məqsəd və vəzifələrindən danışmışdır. Bina əsaslı təmir olunmuş, daha bir geniş salon tikilmişdir. Burada kompüter-internet və tərcümə mərkəzləri, zəngin islam kitabxanası var, dini bilgilərin öyrədilməsinə, Qurani-Kərimin tədrisinə böyük yer veriləcək, dini-elmi mərasimlər keçiriləcəkdir. Mərkəzin qapısı başqa dinlərin nümayəndələrinin də üzünə açıqdır.
Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanov, Gürcüsan prezidentinin regional siyasət və idarəetmə xidməti rəisinin müavini, İmir Məmmədli, Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Məmməd Gülməmmədov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Milli Azlıqlar Mərkəzinin prezidenti Leyla Cecelava və başqaları belə bir xeyirxah işin yardımçılarına təşəkkür etmiş, Mərkəzə fəaliyyətində uğurlar diləmişlər.