Tbilisidə Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunub
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü Gürcüstanın paytaxtı Tbilisidə təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti təqdim olunub.
Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay çıxış edərək ölkəsinin dövlətçilik tarixi, ötən illər ərzində əldə etdiyi uğurlar barədə məlumat verib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edərək dost Türkiyə xalqını bayram münasibətilə təbrik edib. Ölkələr arasında münasibətlərin inkişaf perspektivləri barədə danışıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]