Tbilisidə Vaqif Mustafazadənin əsərləri səslənib
Tbilisi, 1 mart, AZƏRTAC
Tbilisidə 22-ci “Tbilisi Big-Band & New Jazz Generation” konsert-caz festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi festival ilk dəfədir Tbilisi Böyük Konservatoriyasında təşkil olunub.
Yaşlı və yeni nəsil musiqiçiləri tamaşaçılar üçün bir-birindən maraqlı caz kompozisiyaları təqdim ediblər.
Tbilisi meriyasının “Biq-Bend” qrupu və məşhur gürcü ifaçıları səhnədə konservatoriyanın tələbələri ilə birlikdə məşhur caz musiqiləri səsləndiriblər.
Konsertdə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin də əsərlərindən parçalar ifa olunub.
“Event -Xoll” səhnəsinə əfsanəvi Amerikalı cazmen və gitara ifaçısı, 20 dəfə “Qremmi” mükafatının sahibi Pet Metini də çıxış edib.
Festival martın 2-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi