“TBİLİSOBA” BAYRAMI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan paytaxtında hər il oktyabrın sonlarında keçirilən ənənəvi şəhər bayramı şənliyi başa çatmışdır. Üç gün davam edən tədbirdə məşhur müğənnilər, rəqs kollektivləri konsertlər vermiş, səhnəciklər göstərmişlər. Bütün bunlar şəhər sakinlərinin və qonaqların marağına səbəb olmuşdur.
Həmişə olduğu kimi, bu dəfə də bir neçə nəfərə Tbilisi şəhərinin fəxri vətəndaşı adı verilmişdir. Bu il həmin ada şəhərin gerbinin müəllifi Emir Burcanadze, məşhur idmançı Viktor Saneyev və paytaxtın infrastrukturunun inkişafında xidmətlərinə görə Gerhard Lauksa layiq görülmüşlər.