TDT: 33 il əvvəl Xocalı şəhəri insanlıqdan kənar bir hücuma məruz qaldı
İstanbul, 26 fevral, Günel Karatepe, AZƏRTAC
Bu gün, Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı törədilən, müasir tarixin ən faciəvi və amansız cinayətlərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümünü yad edirik.
AZƏRTAC xəbər verir ki, bu ifadələr Türk Dövlətləri Təşkilatının (TDT) Xocalı soyqırımının ildönümü ilə bağlı yayımladığı mesajda yer alıb.
Mətndə deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri insanlıqdan kənar bir hücuma məruz qaldı, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 günahsız insan qətlə yetirildi, 1 275 nəfər isə girov götürüldü. Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi Türk dünyasının qəlbində yeni yara kimi qorunub saxlanır. Bu Anım Günündə Xocalı soyqırımı qurbanlarını bir daha ehtiramla yad edir, Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha vurğulayırıq”.
Mesaj #Xocalı #Khojaly #Hocalı haşteqləri ilə yayımlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.01.2026 [23:20]
Latviyada “20 Yanvar” nəşrinin təqdimatı olub
- 26.01.2026 [19:20]
Gürcüstan qəzeti Qanlı Yanvar hadisələrindən yazıb
- 24.01.2026 [14:00]
Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi silsilə tədbirlərlə anılıb
- 24.01.2026 [00:15]
20 Yanvar şəhidinin xatirəsi Marneulidə anılıb
- 23.01.2026 [23:22]
Qaraçöpdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
- 23.01.2026 [16:55]
Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb
- 22.01.2026 [01:44]
Kaliforniyada 20 Yanvarın ildönümü anılıb VİDEO
- 21.01.2026 [20:05]